...

flydubai Ramazan ayında hava donanmasının sayını 19-a çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2011 13:25 (UTC +04:00)
Dubayın ilk qənaətcil flydubai aviaşirkəti bir ay ərzində iki təyyarə əldə edərək, hava donanmasını sayını 19-a çatdırıb.
flydubai Ramazan ayında hava donanmasının sayını 19-a çatdırıb

Аzərbaycan, Bakı, 26 avqust /Trend/

Dubayın ilk qənaətcil flydubai aviaşirkəti bir ay ərzində iki təyyarə əldə edərək, hava donanmasını sayını 19-a çatdırıb. Cari ildə aviaşirkət artıq 8 təyyarəyə sahib olub. ABŞ-ın Siyetl şəhərindəki təyyarə zavodunda inşa edilmiş Boeing 737-NG800 artıq Dubaydadır və şirkətin 38 istiqamətlik uçuş marşrutuna əlavə olunacaq. Yeni təyyarənin alınmasını şərh edən flydubai şirkətinin Baş meneceri Qeyt Əl Qeyt deyib: ""Yeni təyyarə tam vaxtında istismara buraxılıb. Biz daim uçuş şəbəkəmizi inkişaf etdiririk. Donanmamızın genişlənməsi, şübhəsiz ki, öz bəhrəsini gələcəkdə verəcək".

Yeni, dəyəri 80 mln. ABŞ dolları olan Boeing 737-800 NG, Farnboro aviasərgisində flydubai-ın 50 ədəd təyyarə sifarişi çərçivəsində şirkətə çatdırılmisdır. Bu flydubay sərnişinlərin rahatlıq və komfortu üçün yeni Sky Interior dizaynı və Fibre-To-The-Screen mütərəqqi əyləncə sistemi ilə təchiz edilmiş sayca 12-ci Boeing təyyarəsidir. "Dünyanın ən sürətlə inkişaf edən aviaşirkəti olaraq, flydubai daim xidmətlərinin təkmilləşməsi üzərində işlər aparır. Artiq təyyarələrimizin 60% ən müasir əyləncə sistemləri ilə təchiz edilib. Sərnişinlərimiz bundan belə uçuş zamanı ən müasir texnoloji formatlı kinofilmləri seyr edə biləcəklər." - Qeyt Əl Qeyt əlavə edib.
Dubayın ilk qənaətcil aviaşirkəti marşrut şəbəkəsinin daim inkişaf etdirməsi sayəsində ən müasir donanmaya sahib olub. Donanmanın genişlənməsi şirkətin inkişafında vacib rol oynayaraq, sərnişinlərə daha yüksək xidmət göstərməyə imkan yaradır.

Flydubai uçüşların əlverişli, qiymətlərin isə münasib olmasına çalışır. Müştərilər yalnız almaq istədikləri xidmətlərə görə pul ödəyirlər. Biletin qiymətinə bütün vergilər və çəkisi 7 kiloya qədər olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir. Çəkisi 20 kiloya qədər olan baqaj yükünün qiyməti 15 ABŞ dollarından başlayır, ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 10 ABŞ dolları ödəmək lazımdır.
Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət, uçuşları daha sadə,rahat və əlverişli qiymətlərlə həyata keçirtməyə çalışıraraq, Dubaya turist axınını artırmağa kömək edir. Aviaşirkət biletləri ədalətli qiymətlərlə təklif edir - sərnişin məhz ona lazım olan xidmətlərdən istifadə edir. Biletləri şirkətin saytından (www.flydubai.com), (+9714 301 0800) telefona zəng edərək və ya turoperatorlardan əldə etmər olar.

Xəbər lenti

Xəbər lenti