...

Azərbaycan bankı "Unibank" 2011-ci ildə ipoteka portfelini 35 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2011 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

"Unibank" ASC-nin Azərbaycan İpoteka Fondu (AİF) tərəfindən təkrar maliyyələşdirilən ipoteka kreditləri portfeli sentyabrın 1-nə 17,5 milyon manat təşkil edir. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

"Unibank" ilin əvvəlindən AİF-in müvəkkil banklarından biri kimi ümumi məbləği 4,2 milyon manat olan 111 ipoteka krediti verib. Bu göstərici bu gün AİF-in xətti ilə verilən kreditlərin ümumi həcminin yeddi faizini təşkil edir.

Ümumilikdə bank 2006-cı il iyunun 30-dan 447 ipoteka krediti verib ki, onlardan 40-ı 1,226 milyon manat məbləğində sosial ipoteka kreditidir. 2011-ci ilin yanvar-avqustunda "Unibank"ın ipoteka portfeli 35 faiz artıb, bu zaman borcalanların sayı 30 faizdən çox artıb.

Ötən ilin yekunları üzrə ipoteka portfelində artım 5,25 milyon manat səviyyəsindədir.

2009-cu il iyunun 1-dən "Unibank" AİF xətti ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Yaşayış evlərinin alınması üçün kreditlər bank tərəfindən İpoteka Fondunun, AİF-in öz istiqrazlarını buraxmasından əldə etdiyi vəsaiti hesabına verilir. İpoteka kreditləri manatla və ancaq Azərbaycan vətəndaşlarına, 3 ildən 25 ilə qədər müddətə ayrılır. Kreditin maksimal məbləği 50 min manatdan artıq ola bilməz, borcalanın ilkin ödəməli olduğu haqq isə onun tərəfindən alınacaq yaşayış sahəsinin ən azı 20%-ni təşkil etməlidir.

AİF-in şərtlərinə görə, ipoteka kreditləri 8%-dən artıq olmayan faiz dərəcəsi ilə verilirlər. Kredit üzrə aylıq ödəniş borcalanın məcmu gəlirinin 70%-ni aşmamalıdır. Bu zaman borcalan mütləq öz həyatını və əmək qabiliyyətini, habelə ipoteka ilə əldə olunan əmlakı sığorta etməlidir. Sosial ipoteka üzrə verilən kreditin maksimal həcmi 35 min manat təşkil edir, borcalanın ilkin ödəmə haqqı isə, müvafiq olaraq, onun tərəfindən alınacaq yaşayış sahəsinin dəyərinin 15%-dən az olmamalı, faiz dərəcəsi isə 4% təşkil edir.

İpoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilməlidir, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcə ilə 25 il müddətinə verilir. Sosial ipoteka 35 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30 il müddətinə verilir. Güzəştli kreditlər üçün ilkin ödəniş 15 faiz, adi kreditlər üçün 20 faiz təşkil edir.

Kreditlər milli valyutada - ipotekanın predmeti yalnız mənzil və şəxsi evlər ola bilər, ipoteka kreditinin məbləği ipoteka üçün girov qoyulan daşınmaz əmlakın bazar qiymətinin 85 faizini ötməməlidir, kreditə görə aylıq ödəniş borcalanın aylıq gəlirinin 70 faizini ötməməlidir.

İpoteka kreiti almaq üçün vətəndaşların ərizələrinə ciddi növbəlilik qaydasında baxılır. Hazırda ipoteka kreditlərinin verilməsi bankın Bakıdakı üç filialı - "Yasamal", "Sahil" və "Neftçilər", eləcə də "Sumqayıt" və "Gəncə" regional filialları vasitəsilə həyata keçirılir.

Sentyabrın 5-nə olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti