...

Azərbaycanda birja indeksinin tətbiqi təxirə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2011 12:02 (UTC +04:00)
Azərbaycanda birinci birja indeksinin yaradılması üçün fond bazarının 2008-ci ildəki 9,5 milyard dollarlıq səviyyəsinə çatmaq lazımdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Xəyal Abdinov bildirib.
Azərbaycanda birja indeksinin tətbiqi təxirə salınıb

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda birinci birja indeksinin yaradılması üçün fond bazarının 2008-ci ildəki 9,5 milyard dollarlıq səviyyəsinə çatmaq lazımdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Xəyal Abdinov bildirib.

"Azərbaycanda birinci birja indekslərinin tətbiqi ölkədəki qiymətli kağızlar bazarındakı vəziyyətdən asılı olacaq, lakin bu gün həmin məsələ təxirə salınıb və gündəlikdə deyil", - Abdinov deyib.

Onun sözlərinə görə, birja indeksinin yaradılması üçün Bakı Fond Birjasının bütün alətlər üzrə birja sövdələşmələrinin ümumi dövriyyəsini 9,5 milyard dollarlıq səviyyəyə çatdırmaq, eləcə də dövlət qiymətli kağızlar, korporativ kağızlar və s. bazarının tam bərpa olunmasını gözləmək lazımdır.

"Yalnız bundan sonra birja indekslərinin yaradılması məsələsinə baxılmasına qayıtmaq mümkün olacaq", - Abdinov deyib.

Bununla yanaşı, birinci səviyyəli listinqin yeni kriteriyalarına cavab verən şirkətlərin minimum sayı təxminən 10 olmalıdır. Listinqin yüksək səviyyəsi təşkilatların şəffaflığa, korporativ idarəetmə standartlarına, beynəlxalq auditdən keçməyə riayət etmələrini tələb edir.

Abdinov deyib ki, hazırda iki şirkət - "Texnikabank" və "DəmirBank" birinci səviyyəli listinqə qoşulublar.

"Bu siyahının genişlənməsi bazardan asılıdır. Biz onun genişlənəcəyinə inanırıq və bu istiqamətdə işləyirik", - BFB-nin rəhbəri deyib.

2011-ci ilin yanvar-avqustunda BFB-də bütün alətlər üzrə birja sövdələşmələrinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 4,49 dəfə artaraq 5,29 milyard manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti