...

Bakıda müasir informasiya texnologiyalarının inkişafı mövzusunda simpozium keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2011 17:37 (UTC +04:00)
"Azərsun Holdinq"in dəstəyi ilə sentyabrın 22-də "Tətbiqi mexanika və müasir informasiya texnologiyalarının inkişafı - 2011" mövzusunda Bakıda Beynəlxalq simpozium keçirilib.
Bakıda müasir informasiya texnologiyalarının inkişafı mövzusunda simpozium keçirilir

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

"Azərsun Holdinq"in dəstəyi ilə sentyabrın 22-də Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Tətbiqi mexanika və müasir informasiya texnologiyalarının inkişafı - 2011" mövzusunda Bakıda Beynəlxalq simpozium keçirilib.

Trend-in məlumatına görə, sentyabrın 23-dək davam edəcək simpozium Azərbaycanın Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Aviasiya Akademiyası, Odlar Yurdu Universiteti, Türkiyənin Süleyman Dəmirəl Universiteti, Almaniyanın Karlsrue Texnologiya İnstitutu və Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti tərəfindən təşkil edilir.

"Tətbiqi mexanika və müasir informasya texnologiyalarının inkişafı - 2011" Beynəlxalq simpoziumunda tətbiqi mexanika, tele-mexanika, informasya texnologiyası, nano-kompozitlər, nano-mühəndislik, stabilitet nəzəriyyəsi, mobil rabitə sistemləri, maşınqayırma texnologiyası və materialşünaslıq sahələrindəki nailiyyətlər, yeni texnologiyalar haqqında tədqiqatlar və mühəndislər üçün ümumi məruzələr keçiriləcək, müzakirələr aparılacaq.

Simpoziumda ABŞ, Türkiyə, Almaniya, Rusiya, İran, Ukrayna, Çin, Şimali Kipr Türkiyə Respublikası, Kanada və digər ölkələrdən görkəmli alimlər iştirak edəcəklər. Simpoziumda 60-dan çox elmi məruzə dinləniləcək və elmin yeni sahələrindəki nailiyyətlər müzakirə ediləcək.

Təşkilat komitəsi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, "Azərfon" MMC, "Azərsun Holdinq", TUSİAB və ANT İnşaat, "Təmir-Tikinti" MMC təşkilatlarıdır.

Xəbər lenti

Xəbər lenti