...

10 il ərzində Azərbaycanın dövlət büdcəsinin sosial xərcləri 8 dəfə artıb (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2011 17:27 (UTC +04:00)
Son 10 il ərzində Azərbaycanın dövlət büdcəsinin sosial xərcləri 8 dəfədən çox artıb.
10 il ərzində Azərbaycanın dövlət büdcəsinin sosial xərcləri 8 dəfə artıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar və yeni şərhlər əlavə olunub (ilk xəbər saat 16:30-da yayılıb)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir A.Axundov/

Son 10 il ərzində Azərbaycanın dövlət büdcəsinin sosial xərcləri 8 dəfədən çox artıb. Trend-in məlumatına görə, bu barədə parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə cümə günü "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması sahəsində həyata keçirilən tədbirlər və insan hüquqlarının müdafiəsi" mövzusunda keçirilən konfransda deyib.

"Azərbaycan bu göstəricinin artım dinamikası üzrə dünyada qabaqcıl mövqelərdən birini tutur", - Səmədzadə bildirib.

Onun sözlərinə görə, əgər əsrin əvvəllərində ölkə ÜDM-nin 13-14 faizi dövlət büdcəsi hesabına təmin olunurdusa, indi bu göstərici 32-33 faiz təşkil edir.

"Bu göstərici üzrə Azərbaycan artıq dünya standartlarına uyğun gəlir. Bu payın artması o deməkdir ki, dövlətin sosial, təhsil, səhiyyə və digər sahələrdə xərcləri artır", - Səmədzadə deyib.

Onun sözlərinə görə, gələn il bu göstərici 40 faizə bərabər olacaq.

O, həmçinin qeyd edib ki, ölkənin ayrı-ayrı regionlarında iqtisadi göstəricilər güclü şəkildə fərqlənir.

"Bu fərqlərin aradan qaldırılması qarşımızda duran mühüm vəzifələrdən biridir. Bu məqsədlərə çatmaq üçün də ünvanlı dövlət sosial yardımlarına diqqətin artırılması vacibdir", - Səmədzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda əhalinin ən varlı və yoxsul təbəqələri arasında fərqi nümayiş etdirən Cini əmsalı ilə bağlı vəziyyət əlverişlidir. Lakin bundan sonra da onun yumşaldılması üzrə tədbirlərin aparılması vacibdir.

"Yoxsulluğun doqquz faizlik səviyyəsi yaxşı göstəricidir. Azərbaycanda bu göstəricinin azalmasında düzgün sosial-iqtisadi siyasət böyük rol oynayır", - Səmədzadə deyib.

İqtisadi inkiaşf nazirini müavini Niyazi Səfərovun sözlərinə görə, Azərbaycanda yoxsulluğun səviyyəsi 2001-ci ildəki 49 faizdən 2010-cu ildə 9,1 faizədək azalıb.

"Azərbaycanda 2004-cü ildən 2010-cu ilədək olan dövrdə 40 mindən artıq müəssisə açılıb, əhalinin gəlirləri 4,5 dəfə artıb", - Səfərov deyib.

Xəbər lenti

Xəbər lenti