...

BVF vergi sahəsində Azərbaycanla əməkdaşlığın səviyyəsindən razıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2011 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr / Trend, müxbir N.İsmayılova /

Azərbaycanın Vergilər Nazirliyi və Beynəlxalq Valyuta Fondu (BVF) innovasion inkişaf üçün ölkədə əlverişli iqlimin formalaşdırılması məsələsini müzakirə edib. Trend-in məlumatına görə, bu barədə cümə günü Vergilər Nazirliyinin məlumatında deyilir.

Cümə günü Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya Ölkələri Departamentinin baş iqtisadçısı Mariya Albino-Uoru ilə görüş keçirilib. Vergilər nazirinin birinci müavini Natiq Əmirov son dövrlərdə ölkədə vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan uğurlar haqqında məlumat verib, BVF ilə işgüzar görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

BVF-nin nümayəndəsi ölkəmizlə əməkdaşlıqdan, Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi və elektron xidmətlərin tətbiqinin genişləndirilməsi sahəsində əldə olunan nəticələrdən məmnunluğunu ifadə edib.

Görüşdə innovativ inkişaf üçün əlverişli mühitin qurulması, vergi ödəyiciləri ilə vergi orqanları arasında kontaktların minimuma endirilməsi, vergi ödəyiciləri tərəfindən öhdəliklərə könüllü əməl edilməsi üçün əlverişli şəraitin yaradılması və inzibatçılıq xərclərinin azaldılması, vergi güzəştləri ilə bağlı gələcəkdə görüləcək işlər və qarşıya qoyulmuş məqsədlər ətrafında müzakirələr, Vergi Məcəlləsinə edilən dəyişikliklər, vergi inzibatçılığı üzrə texniki yardım missiyasının əsas nəticələri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti