...

"Atəşgah Həyat" 45 min manatdan artıq birdəfəlik sığorta ödənişi həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2011 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

"Atəşgah" Sığorta Qrupuna daxil olan "Atəşgah Həyat" Sığorta Şirkəti (SŞ) həyatın yığım və kredit həyat sığortası üzrə sığorta ödənişləri həyata keçirib. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Həyatın yığım sığortası müqaviləsinə uyğun olaraq, 9445 manat məbləğində sığorta ödənişi sığorta olunanın qəflət ölümündən sonra onun ailəsinə təqdim edilib.

Qeyd edək ki, müqaviləyə əsasən, həyatın yığım sığortası proqramı sığorta məbləğinin sığorta olunanın sığorta müddəti ərzində dünyasını dəyişməsi halında sığorta müqaviləsində göstərilmiş faydalanan şəxslərə və ya sığorta olunanın vərəsələrinə ödənilməsini nəzərdə tutur. Sığorta olunanın sığorta müddətinin sonuna qədər sağ qalması halında isə onun özünə ödənilir.

Bundan əlavə, "Atəşgah Həyat" SŞ həmin sığortaolunanla kredit (ipoteka) həyat sığortası müqaviləsi də bağlamışdı. Daha əvvəl, bu müqavilə üzrə də sığortaolunanın banka olan borcunu ödəmək məqsədilə "Atəşgah Həyat" SŞ 45 263 manat sığorta ödənişi həyata keçirib.

Azərbaycanda ilk həyat sığortası şirkəti olan "Atəşgah Həyat" 1998-ci ilin martında təsis edilib və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanununa uyğun olaraq, 2008-ci ilin dekabrında həyat sığortası xidmətləri göstərmək üçün qeydiyyatdan keçirib.

Şirkət həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta və sağalmaz xəstəliklərdən sığorta xidmətlərini təklif edir.

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilb, 1997-ci ildə sığorta fəaliyyəti göstərmək üçün müvafiq lisenziya alıb.

"Atəşgah Həyat" SŞ, "Atəşgah" SŞ və "İntermed" Tibb Klinikası "Atəşgah" Sığorta Qrupuna daxildir.

2010-cu ilin nəticələrinə əsasən, "Atəşgah" SQ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində qrupun sığorta haqları 15,6 mln. manat, ödənişləri isə 5,3 mln. manat təşkil etmişdir. Sığorta Qrupu müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.

Noyabrın birinə rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti