...

Azərbaycanda nağd pul kütləsi il ərzində 36 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2011 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustda (dövriyyədəki nağd pulların (banklardan kənarda), maliyyə təşkilatlarının (kredit təşkilatlarından başqa) və fiziki şəxslərin hesablarındakı milli valyuta vəsaitləri qalıqlarının) pul kütləsinin (M2) 2,3 faiz artdığını müəyyən edib. Trend-in məlumatına görə, bu barədə cümə günü AMB-nin saytında dərc olunmuş məlumatında bildirilir. Yanvar-avqustda M2 illik hesablamada 35,8 faiz artıb.

2011-ci il sentyabrın 1-nə olan vəziyyətə görə, M2 göstəricisi 9569,8 milyon manat təşkil edib, avqustun əvvəlinə bu rəqəm 6199 milyon manat, 2010-cu il sentyabrın 1-nə isə 7046,6 milyon manat olub.

2011-ci il sentyabrın 1-nə olan vəziyyətə görə, nağd pul kütləsinin (M0) göstəricisi 6493,7 milyon manat təşkil edib. Avqustun əvvəlinə bu göstərici 5457,8 milyon manat, 2010-cu il sentyabrın 1-nə isə 4850,8 milyon manat təşkil edib.

Genişlənmiş pul kütləsi (Broad Money Supply (M3) sentyabrın əvvəlinə 12336,2 milyon manat olub. Avqustun əvvəlinə bu göstərici 11921,2 milyon manat, 2010-cu il sentyabrın 1-nə isə 9315 milyon manat təşkil edib.

Sövdələşmələr üçün məbləğlər (transaction money (M1) sentyabrın əvvəlinə 7885,5 milyon manat, avqustun əvvəlinə 7679,8 milyon manat, 2010-cu il sentyabrın 1-nə isə 5803,9 milyon manat olub.

Noyabrın 4-nə olan rəsmi məzənnə 0,7868 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti