...

Milli Depozit Mərkəzinin fəaliyyətinin auditinin həyata keçirilməsi üzrə nəzarət mexanizmləri hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2011 12:47 (UTC +04:00)
Milli Depozit Mərkəzinin (MDM) fəaliyyətinin auditinin həyata keçirilməsi üzrə nəzarət mexanizmləri hazırlanıb. Bu barədə MDM-in 2011-ci ilin 3-cü rübünün nəticələrinin müzakirəsinə həsr edilmiş səhmdarların növbədənkənar ümumi yığıncağında bildirilib.
Milli Depozit Mərkəzinin fəaliyyətinin auditinin həyata keçirilməsi üzrə nəzarət mexanizmləri hazırlanıb

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Milli Depozit Mərkəzinin (MDM) fəaliyyətinin auditinin həyata keçirilməsi üzrə nəzarət mexanizmləri hazırlanıb. Bu barədə MDM-in 2011-ci ilin 3-cü rübünün nəticələrinin müzakirəsinə həsr edilmiş səhmdarların növbədənkənar ümumi yığıncağında bildirilib.

Trend-in məlumatına görə, MDM-dən verilən məlumatda bildirilir ki, iclas zamanı MDM-in əməliyyat və maliyyə nəticələri nəzərdən keçirilib, 3-cü rüb ərzində başa çatmış və bünövrəsi qoyulmuş layihələr qiymətləndirilib. Bu müddətdə 12 yeni emitentlə depozitar və reyestrin aparılması xidmətlərinin göstərilməsi barədə müqavilələr bağlanıb və saxlanmaya əlavə 810 milyon manat cəlb etməklə, ümumi aktivlərin sayı 5,4 milyard manata qədər artırılıb.

Hesabat dövründə MDM-in məlumat bazasının təmizlənməsi və məlumatların dəqiqləşdirilməsi məqsədilə işçi qrup təşkil edilib, bir sıra emitentlərlə əlaqə yaradılıb, onların hüquqi ünvanları, əlaqə nömrələri yenilənib, göstərilən xidmətlər üzrə borcları haqqında məlumat verilib.

3-cü rübdə müzakirə edilən layihələrdən biri də İSİN kodlarla qiymətli kağızların dövlət qeydiyyat nömrələrinin verilməsi prosesinin sinxronlaşdırılması layihəsi olub. Bu mövzuda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) əməkdaşları ilə birgə görüşlər keçirilib, layihənin həyata keçirilməsi üzrə təkliflər hazırlanıb. İclas zamanı qeyd edilib ki, MDM-də maliyyə uçotunun aparılmasının proqram təminatı olan 1C proqramının yeni versiyasına keçidi üzrə müvafiq şirkətlə danışıqlar aparılıb və proqramın son versiyada istismarı üzrə başlanğıc tədbirlər görülüb.

Həmçinin hesabat dövründə daxili audit üzrə fəaliyyət planı hazırlanıb və bununla korporativ idarəetmə standartlarına müvafiq olaraq MDM-in fəaliyyətinin auditinin həyata keçirilməsi üzrə nəzarət mexanizmləri işlənib hazırlanıb.

Yığıncaqda bildirilib ki, MDM fond bazarının yeni arxitekturasının işlənilməsi layihələrində, o cümlədən, QKDK tərəfindən hazırlanan "Qiymətli kağızlar haqqında" yeni qanunun hazırlanmasında da yaxından iştirak etməkdə davam edir.

QKDK-nın sədri Rüfət Aslanlı ümumi yığıncaqda yekun sözü ilə çıxış edərək, 2011-ci ilin 3-cü rübünün nəticələrinin məqbul olduğunu qeyd edib. O, idarəçi komandanın gərgin və intensiv şəraitdə işlədiyinin nəzərə alındığını və planlaşdırılan təkmilləşdirmə layihələrinin həlli istiqamətində işlərin düzgün prioritetləşdirilməsinin vacibliyini vurğulayıb. Həmçinin sədr MDM-in maliyyə idarəçiliyi sahəsinin gücləndirilməsini, əməliyyatların prosedurlaşması prosesinin yekunlaşdırılmasını və risklərin idarə edilməsi sahəsində nəzarət mexanizmlərinin işlənilməsini tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti