...

Dünya Bankı və AZPROMO Bakıda alqı-satqı prosedurları üzrə seminar keçirəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2011 15:56 (UTC +04:00)
AZPROMO və Dünya Bankı bank tərəfindən həyata keçirilən layihələr və alqı-satqı prosedurları üzrə birgə seminar keçirəcəklər.
Dünya Bankı və AZPROMO Bakıda alqı-satqı prosedurları üzrə seminar keçirəcəklər

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Dünya Bankı (DB) bank tərəfindən həyata keçirilən layihələr və alqı-satqı prosedurları üzrə birgə seminar keçirəcəklər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü AZPROMO-nun saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata əsasən, seminar noyabrın 24-də baş tutacaq.

Əlavə məlumat almaq üçün AZPROMO-ya müraciət etmək olar. Əlaqəli şəxs: Anar Nuriyev ([email protected], tel.: (012) 598-01-47/48 (daxili - 123).

Azərbaycanın 1992-ci ildən DB-yə üzv olmasından bəri bank ölkədə 43 layihənin həyata keçirilməsinə 2,9 milyard dollar investisiya qoyub. Bankın Azərbaycanda mövcud portfeli ümumi dəyəri 2,3 milyard dollar olan 20 layihədən ibarətdir. Onlar nəqliyyat sferası, su sektoru və kanalizasiya, kənd təsərrüfatı və irriqasiya (süni suvarma), səhiyyə və təhsil sahələrini əhatə edir.

Xəbər lenti

Xəbər lenti