...

Azərbaycanda 350 kq-dan çox yararsız ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2011 19:23 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı saxlama müddəti ötmüş ərzaq malları aşkar olunub.
Azərbaycanda 350 kq-dan çox yararsız ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı saxlama müddəti ötmüş ərzaq malları aşkar olunub.

Bakının Nəsimi, Binəqədi, Xətai rayonlarında, Gəncə şəhərində, eləcə də Ağdam, Quba, Kürdəmir, Göyçay rayonlarında aparılan yoxlamalar zamanı ümumi çəkisi 350 kq-dan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti