Azərbaycan, Bakı, 24 noyabr /Trend/
Bu gündən etibarən "Xalq Bank"ın "Quba" filialı fəaliyyətə başlayır. Bu barədə Trend-ə bankdan bildirilib.
"Quba" filialı bankın bölgələrdə fəaliyyət göstərən sayca 12-ci filialıdır. Yeni filial əhaliyə və bölgədə fəaliyyət göstərən müəssisələrə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla tam spektr bank xidmətlərindən faydalanmaq imkanı verir.
Yeni filial Quba şəhəri, 223-cü Atıcı diviziya küçəsi, 21 ünvanda yerləşir. Тelefon: (023 33) 5 33 97; faks: (023 33) 5 41 62.
Hazırda "Xalq Bank"ın Bakıda və regionlarda 16 filialı və 1 şöbəsi müştərilərə xidmət göstərir. Filial şəbəkəsini davamlı olaraq genişləndirən bank ilin sonunadək daha bir neçə filialın açılmasını planlaşdırır.