...

Bakı-Tbilisi-Bakı dəmiryol reysinin həyata keçirilməsi ilə bağlı problem yoxdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2011 16:10 (UTC +04:00)
Güclü qar yağması ilə əlaqədar Gürcüstanda qatarların hərəkətində yaranan problemlər Bakı-Tbilisi-Bakı dəmiryol reysinin həyata keçirilməsinə təsir etməyib.
Bakı-Tbilisi-Bakı dəmiryol reysinin həyata keçirilməsi ilə bağlı problem yoxdur

Azərbaycan, Bakı, 30 noyabr /Trend müxbir E.İsmayılov/

Güclü qar yağması ilə əlaqədar Gürcüstanda qatarların hərəkətində yaranan problemlər Bakı-Tbilisi-Bakı dəmiryol reysinin həyata keçirilməsinə təsir etməyib. Bu barədə çərşənbə günü Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, Tbilisidən qatar cədvələ uyğun çatıb. Həmçinin, qatar Bakıdan cədvələ uyğun olaraq yola salınıb.

"Bu marşrut üzrə qatarların qəbulunda və göndərilməsində problem müşahidə edilmir", - Əzməmmədov bildirib.

Əvvəllər "Gürcüstan Dəmir Yolları" MMC-dən Trend-ə verilən məlumata görə, bu gecə ərzində bir neçə istiqamətdə güclü qar yağması səbəindən qatarların hərəkətində problemlər yaranıb. Buna baxmayaraq, Gürcüstanın dəmir yollarında hərəkət tamamilə bərpa edilib. Problemlər, əsasən, qatarların yüksək dağlıq sahələrə hərəkətində müşahidə edilib.

Xəbər lenti

Xəbər lenti