...

Çexiyanın hava yolları Bakıda uçuşlara başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2011 11:12 (UTC +04:00)
Çexiyanın hava yolları Praqa-Bakı-Praqa marşrutu üzrə birbaşa reysin həyata keçirilməsinə başlayıb. Bu barədə cümə axşamı Trend-ə "Azərbaycan Hava Yolları" QSC-dən məlumat verilib.
Çexiyanın hava yolları Bakıda uçuşlara başlayıb

Azərbaycan, Bakı, 22 dekabr / Trend, müxbir E.İsmayılov/

Çexiyanın hava yolları Praqa-Bakı-Praqa marşrutu üzrə birbaşa reysin həyata keçirilməsinə başlayıb. Bu barədə cümə axşamı Trend-ə "Azərbaycan Hava Yolları" QSC-dən məlumat verilib.

Məlumata görə, reys həftədə bir dəfə, həftənin bazar ertəsi həyata keçirilir. Təyyarə Bakıdan yerli vaxtla saat 05:05-də uçur.

Biletlərin hər iki başa minimum qiyməti təxminən 470 manatdır.

Bakı-Praqa-Bakı marşrutu üzrə birbaşa reysi "Azərbaycan Hava Yolları" QSC də həyata keçirir. Təyyarə Bakıdan həftənin cümə axşamları yerli vaxtla saat 08:40-da çıxır.

Biletlərin hər iki başa minimum qiyməti 450 manatdır.

Xəbər lenti

Xəbər lenti