...

Bakıda 1500-ə yaxın pirat CD və DVD məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2011 16:40 (UTC +04:00)
Bakıda satışdan çıxarılmış pirat disklər məhv edilib. Bu barədə çərşənbə axşamı Trend-ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Bakıda 1500-ə yaxın pirat CD və DVD məhv edilib

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Bakıda satışdan çıxarılmış pirat disklər məhv edilib. Bu barədə çərşənbə axşamı Trend-ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bundan əvvəl aparılan yoxlama zamanı Aslan Bayramova, Əziz Orucova və Asif Bağırova məxsus mağazalarda aşkar olunmuş pirat CD və DVD-lərin məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən həmin sahibkarlara icrası məcburi göstəriş verilmişdi.

Bununla əlaqədar olaraq, bu mağazalardan satışdan çıxarılmış 1500-ə yaxın pirat CD və DVD qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Xəbər lenti

Xəbər lenti