Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir E.İsmayılov/
"Azərbaycan Hava Yolları" QSC Bakı-London və London-Bakı istiqamətlərində yeni aksiya keçirir.
Trend-in çərşənbə günü aviaşirkətin saytına istinadən yaydığı məlumata görə, indi Bakı-London-Bakı reysinə aviabileti 450 manata, London-Bakı-London reysinə isə 375 Britaniya funtuna əldə etmək mümkündür.
Qiymətlərə bütün hava limanı və digər yığımlar daxildir. Göstərilən aksiya üzrə aviaşirkət satışları məhdudlaşdıra bilər.
Aksiya 15 may 2012-ci tarixinədək olan uçuşlara şamil edilir.