...

Azərbaycanda epizootik vəziyyət sabitdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2012 14:52 (UTC +04:00)
Azərbaycanda dabaq xəstəliyi və heyvanların digər kəskin yoluxucu xəstəlikləri üzrə epizootik vəziyyət sabitdir.
Azərbaycanda epizootik vəziyyət sabitdir

Azərbaycan, Bakı, 11 yanvar /Trend müxbir A.Axundov/

Azərbaycanda dabaq xəstəliyi və heyvanların digər kəskin yoluxucu xəstəlikləri üzrə epizootik vəziyyət sabitdir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin məlumatında deyilir.

Bir müddət əvvəl bir sıra KİV-də Ağdam rayonunun işğal olunmamış ərazilərində, xüsusilə Alıbəyli və Böyükbəyli kəndlərində mal-qaranın dabaq xəstəliyinə tutulması barədə məlumat yayılmışdı.

"Bu məlumat əsassızdır və həqiqətə uyğun deyil. Azərbaycanda dabaq xəstəliyinə qarşı peyvənd etmə tədbirləri vaxtında həyata keçirilir. Təkcə Ağdam deyil, bütövlükdə ölkədə kəskin yoluxucu xəstəliklər üzrə epizootik vəziyyət sabitdir", - məlumatda qeyd edilir.

Məlumatda o da bildirilir ki, son illər Azərbaycanda dabaq xəstəliyinə qarşı aparılan profilaktiki tədbirlər sayəsində heyvanlar arasında bu xəstəliyə təsadüf olunmur. Əvvəlki illərdə olduğu kimi, 2011-ci ilin aprel-may və oktyabr-noyabr aylarında Azərbaycanda xəstəliyə həssas iri və xırdabuynuzlu heyvanlar peyvənd olunub.

Xəbər lenti

Xəbər lenti