Azərbaycan, Bakı, 13 yanvar /Trend/
Yenilikçi strategiyasına sadiq qalan və müştərilərini yeni məhsul və xidmətləri ilə daim sevindirən Bank of Baku nağd pul kreditinə olan böyük tələbatı nəzərə alaraq "Pul Hamıya Lazımdır!" şüarı altında yeni peşə kreditlərini təqdim edir. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.
Belə ki, indi arayış təqdim edə bilməyən müxtəlif peşə sahibləri, o cümlədən bütün növ ustalar, mühasiblər, tərcüməçilər, proqramçılar, dizaynerlər, rəssamlar, heykəltaraşlar, bağbanlar, dayələr, dərzilər, xalçaçılar, video operatorlar, fotoqraflar, musiqiçilər, müğənnilər, rəqqaslar, saç ustaları, bərbərlər, kosmetoloqlar, vizajistlər, administratorlar, aşbazlar, repetitorlar, taksi sürüçüləri, ofisiantlar, xalçaçılar və bir çox digər peşə sahibləri Bank of Baku-ya müraciət edib peşə kreditlərindən faydalana bilərlər.
Peşə kreditləri adlı məhsulunun şərtlərinə görə kreditin məbləği minimum 300 ABŞ dolları, maksimum 10 000 ABŞ dolları təşkil edə bilər. Müddəti 24 aya qədərdir. Faiz dərəcəsi isə aylıq 2.08%-dən başlayır. Qeyd edək ki, bu kreditlərin verilməsi zamanı şəxsiyyət vəsiqəsindən əlavə heç bir digər sənəd tələb olunmur.
Bank of Baku-nun peşə kreditləri və digər kampaniyaları haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında, həmin saytda fəaliyyət göstərən "Onlayn-məsləhətçi" xidmətinə müraciət edərək və ya bankın Facebook sosial şəbəkəsində www.facebook.com/bankofbaku ünvanında fəaliyyət göstərən rəsmi səhifəsində əldə etmək olar.