Azərbaycan, Bakı, 25 yanvar / Trend müxbir N.İsmayılova/
BFB-nin sədrliyi ilə bazar iştirakçılarının daha sıx əlaqələrinin qurulması istiqamətində bu formatda dialoqun davam etdirilməsi üçün Əlaqələndirmə Şurası yaradılıb. Trend-in məlumatına görə, bu barədə birjanın yaydığı məlumatda deyilir.
Əlaqələndirmə Şurasına bazar iştirakçılarının aidiyyəti dövlət qurumları ilə (Maliyyə Nazirliyi, Mərkəzi Bank, QKDK) səmərəli əlaqələrin yaradılması həvalə edilib.
"Bu barədə qərar "Dövlət qiymətli kağızları, mövcüd vəziyyət və inkişaf istiqamətləri" mövzusunda 20-dən artıq komersiya bankının və peşəkar iştirakçıların iştirakı ilə keçirilən "dəyirmi masa"da qəbul edilib", - məlumatda deyilir.
Müzakirə olunan məsələlər sırasında dövlət qiymətli kağızlarının ilkin bazarı (gəlirlilik, emissiya həcmi, dövriyyə müddətləri, hərrac zamanları), təkrar bazar əməliyyatları (likvidliyin təmin olunması və market-meyker fəaliyyəti) və 2012-ci il üzrə bazarın inkişaf perspektivləri olub.