...

Anomal hava şəraitinə görə Bakıda 1500-ə yaxın sərnişin avtobusu xəttə çıxa bilməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2012 12:36 (UTC +04:00)
Hazırda qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, Bakının marşrutlarında 1000-dən çox avtobus fəaliyyət göstərir. Bu barədə şənbə günü Trend-ə "Bakı sərnişin nəqliyyat" SC-dən bildiriblər
Anomal hava şəraitinə görə Bakıda 1500-ə yaxın sərnişin avtobusu xəttə çıxa bilməyib

Azərbaycan, Bakı, 28 yanvar/Trend müxbir S. Əliyev/

Hazırda qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, Bakının marşrutlarında 1000-dən çox avtobus fəaliyyət göstərir. Bu barədə şənbə günü Trend-ə "Bakı sərnişin nəqliyyat" SC-dən bildiriblər.

Məlumata əsasən, adi günlərdə marşrutlarda təxminən 2500 avtobus işləyir. Lakin şəhərdən kənarda yerləşən "Sədərək" və "Binə" ticarət mərkəzlərinin bağlanması ilə əlaqədar olaraq bu istiqamətlər üzrə avtobuslar işləmir və onların ümumi sayı azaldılıb.

SC-dən bildiriblər ki, hava şəraitinin normallaşarsa, eləcə də yollarda vəziyyət yaxşlışarsa, avtobusların sayı xeyli artırılacaq.

Ümumulikdə Bakıda avtobuslar 127 marşrut üzrə işləyir.

Xatırladaq ki, hazırda ölkə ərazisində havanın temperaturu iqlim normasından 2, Bakıda isə 2,6 dərəcə aşağıdır.

Bunu öncə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yanvar ayının sonuna kimi ölkə üzrə temperaturun iqlim normasından hətta 3-4 dərəcə aşağı ola biləcəyi gözlənilir.

Hazırda Bakıda qarlı və şaxtalı hava şəraiti hökm sürür.

Xəbər lenti

Xəbər lenti