...

Azərbaycanın sığorta" şirkəti Avropanın assistant şirkətləri ilə əlaqələr qurur

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2012 16:17 (UTC +04:00)
Azərbaycanın "Paşa Sığorta" şirkətinin nümayəndə heyəti yanvarın 19-20-də Praqa şəhərində keçirilmiş "Sığorta hadisələrinin idarə edilməsi"nə dair beynəlxalq konfransda işini yekunlaşdırıb.
Azərbaycanın sığorta" şirkəti Avropanın assistant şirkətləri ilə əlaqələr qurur

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir А.Аxundov/

Azərbaycanın "Paşa Sığorta" şirkətinin nümayəndə heyəti yanvarın 19-20-də Praqa şəhərində keçirilmiş "Sığorta hadisələrinin idarə edilməsi"nə dair beynəlxalq konfransda işini yekunlaşdırıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətin yaydığı məlumatda deyilir.

Beynəlxalq tədqiqat qrupu "Uniglobal tərəfindən hər il təşkil olunan konfransın fəaliyyətinə ənənəvi olaraq iri beynəlxalq və yerli sığorta şirkətlərinin texniki və hüquq bölmələrinin rəhbərləri, həmçinin sığorta hadisələrinin idarə edilməsinin müasir infrastrukturunu və avtomatlaşdırılmasını təmin edən assistant, konsaltinq və İT şirkətlərinin nümayəndələri qatılırlar. Bu il konfransda əsas məruzəçilər qismində "Aviva" (Böyük Britaniya) və "Chartis" (ABŞ) sığorta şirkətlərinin regional rəhbərləri, o cümlədən sığorta hadisələrinin avtomatlaşdırılması prosesini həyata keçirən SAP (Almaniya), "Oracle" (ABŞ) və "Audatex" (Avstriya) şirkətlərinin nümayəndələri, habelə Avstriya, Almaniya və İsveçrədən olan sığorta hadisələri üzrə müstəqil assistant və tənzimləyici şirkətlərin nümayəndələri çıxış ediblər.

"Paşa Sığorta" şirkəti sığorta biznesinin əsas texniki istiqamətləri üzrə aparıcı beynəlxalq təcrübənin daimi öyrənilməsinə və Qərbin "know-how" prinsiplərinin yerli bazarda ehtiyatla tətbiqinə böyük önəm verir. Sığorta hadisələrinin idarə olunması hər zaman sığorta sahəsinin inkişafının ən aktual mövzularından biri hesab olunub və bu səbəbdən adıçəkilən sahənin aparıcı texniki mütəxəssislərinin forumunda iştirakımız bizi "Paşa Sığorta" və onun müştərilərinin xeyrinə istifadə edilə biləcək çoxlu sayda materiallarla təmin edib. Konfransda Avropanın aparıcı assistant şirkətləri ilə biznes münasibətlərinin yaradılmasını xüsusilə qeyd etmək istərdim, belə ki, bizim üçün onların təcrübə və praktikası dəyəri ölçülməyən materialdır", - Praqadan qayıdan şirkətin idarə heyətinin üzvü və baş texniki direktor Orxan Məmmədov qeyd edib.

Paşa Holdinq-in tərkibində fəaliyyət göstərən "Paşa Sığorta" ASC korporativ və fərdi müştərilərə 30 sığorta növü üzrə xidmət göstərir. Kapitallaşma həcminə görə "Paşa Sığorta" 30 milyon manat nizamnamə kapitalı və 47 milyon manat cari məcmu aktivlə milli sığorta bazarının lideri və Azərbaycan sığorta bazarının mühüm sığortaçı və təkrar sığortaçılarından biridir.

Fevralın 2-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti