Azərbaycan, Bakı, 3 fevral /Trend/
Azərbaycanda Fransanın iri aviaşirkəti "Air Franse"ın nümayəndələyi qeydiyyata alınıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Vergilər Nazirliyinin saytındakı "bir pəncərə" bölməsində deyilir.
Şirkətin Azərbaycanda rəsmi nümayəndəsi qismində Erik Şatar çıxış edir. O, "Air France"ın Rusiya və MDB-də baş nümayəndəsidir.
Nümayəndəlik dövlət qeydiyyatından bu il yanvarın 10-da keçib.