...

Azərbaycanda yanvar ayında inflyasiya 0,1 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2012 17:35 (UTC +04:00)
2012-ci ilin yanvar ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,1 faiz artıb.
Azərbaycanda yanvar ayında inflyasiya 0,1 faiz təşkil edib

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir E.İsmayılov/

2012-ci ilin yanvar ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,1 faiz artıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Ay ərzində ərzaq məhsullarının qiymətləri 0,1 faiz artıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə dəyişməz qalıb.

Yanvar ayında ərzaq məhsullarından manna yarmasının, qoyun ətinin, kolbasa məmulatlarının, pasterizə olunmuş südün, kərə yağının, qarğıdalı yağının, naringinin, almanın, armudun, heyvanın, narın, qoz və fındığın qiyməti bahalaşıb.

Ötən ay unun, çörəyin, qarabaşaq yarmasının, mal ətinin, toyuğun, təzə balığın, günəbaxan və zeytun yağlarının, yumurtanın, limonun, bananın, portağalın, çuğundurun, kökün, sarımsağın, soğanın, kartofun və s. məhsulların qiyməti ucuzlaşıb.

Xəbər lenti

Xəbər lenti