...

Azərbaycan Sarayevoda "Dostluq Parkı"nın tikintisinə vəsait ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2012 17:40 (UTC +04:00)
Sarayevoda (Bosniya və Herseqovina) "Dostluq Parkı" və abidə kompleksi ilə bağlı tikinti və təmir-bərpa işlərinin başa çatdırılması məqsədi ilə Azərbaycan Nazirlər Kabinetinin sərəncamı ilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan ölkənin Xarici İşlər Nazirliyinə 408,259 avro məbləğində vəsaitin manat ekvivalenti ayrılıb.
Azərbaycan Sarayevoda "Dostluq Parkı"nın tikintisinə vəsait ayırıb

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir A.Axundov/

Sarayevoda (Bosniya və Herseqovina) "Dostluq Parkı" və abidə kompleksi ilə bağlı tikinti və təmir-bərpa işlərinin başa çatdırılması məqsədi ilə Azərbaycan Nazirlər Kabinetinin sərəncamı ilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan ölkənin Xarici İşlər Nazirliyinə 408,259 avro məbləğində vəsaitin manat ekvivalenti ayrılıb.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Nazirlər Kabinetinin sərəncamının mətnində deyilir.

Tikinti işlərinin yerinə yetirilməsinə təxirə salınmadan başlanması və qısa müddət ərzində başa çatdırılmasının vacibliyi nəzərə alınaraq, Xarici İşlər Nazirliyi bu işlər üzrə layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə imzalamaq hüququ əldə edib.

Maliyyə Nazirliyinə bu vəsaitin ödənilməsini təmin etmək tapşırılıb. Sərəncam imzalandığı gündən - fevralın 2-dən qüvvəyə minib.

Əvvəllər 2011-ci il 19 dekabr tarixli sərəncama əsasən, Azərbaycan Nazirlər Kabineti Sarayevoda Dobrinya çayından keçən "Dostluq körpüsü"nün tikintisi üçün Xarici İşlər Nazirliyinə vəsait ayırmışdı.

Sərəncama əsasən, bu məqsədlər üçün 2011-ci il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan XİN-ə 408,564 min avro ayrılmışdı.

Xəbər lenti

Xəbər lenti