...

Azərbaycan bankı "AtaBank" ASC POS-terminallar şəbəkəsini xeyli genişləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2012 11:20 (UTC +04:00)
Azərbaycan bankı "AtaBank" ASC ölkədə nağdsız ödənişlər bazarının həcminin artmasını və gələcəyini nəzərə alaraq bu sahədə fəaliyyətini daha da sürətləndirməyə qərar verib.
Azərbaycan bankı "AtaBank" ASC POS-terminallar  şəbəkəsini xeyli genişləndirib

Azərbaycan, Bakı, 23 fevral / Trend/

Azərbaycan bankı "AtaBank" ASC ölkədə nağdsız ödənişlər bazarının həcminin artmasını və gələcəyini nəzərə alaraq bu sahədə fəaliyyətini daha da sürətləndirməyə qərar verib. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

"Bunun nəticəsi olaraq bank 2012-ci il ərzində POS-terminal şəbəkəsini bir neçə dəfə artırmağı qarşısına məqsəd qoyub. Artıq ilkin nəticələr də bəllidir. Belə ki, fevral ayının 15-ə olan məlumata görə bankın POS-terminallarının sayı 1000 ədədi keçib. İlin əvvəli ilə müqayisədə artım 65% təşkil edib", - məlumatda deyilir.

"AtaBank" ASC tərəfindən POS-terminallar tam olaraq pulsuz quraşdırılır və xidmətə görə əlavə komissiya tələb olunmur", - məlumatda bildirilir.

Qeyd edək ki, "AtaBank" ASC dünyanın ikinci ən böyük beynəlxalq ödəniş sistemi olan "MasterCard Europe Sprl" ilə danışıqlara start verib. Cari il ərzində bu prosesin yekunlaşması gözlənilir. Yeni sistemə qoşulmaq bankın müştərilərinə yeni imkanlar yaradacaq və əlavə seçim imkanı verəcəkdir.

Xəbər lenti

Xəbər lenti