...

Bakıda qənd və çörək sexlərində istehsal dayandırılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2012 19:26 (UTC +04:00)
Bakıda qənd və çörək sexlərində istehsal dayandırılıb.
Bakıda qənd və çörək sexlərində istehsal dayandırılıb (FOTO)

Azərbaycan, Bakı, 1 mart /Trend/

Bakıda qənd və çörək sexlərində istehsal dayandırılıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 2113-cü məhəllə, 507k ünvanında fəaliyyət göstərən fiziki şəxs Həsən Kərimova məxsus qənd istehsalı sexində dövlət nəzarəti aparılıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı komitənin yaydığı məlumatda deyilir.

Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə antisanitar vəziyyətdə normativ sənədin tələblərinə uyğun olmayan məhsul istehsalı aparılır. Texnoloji prosesə əməl olunmadan kustar üsulla hazırlanmış məhsulların insan sağlamlığına təhlükəsiz olmasını təsdiq edən sənədləri mövcud olmayıb. Bundan başqa, istehsal olunmuş məhsulun heç bir normaya uyğun olmayan şəraitdə qurudulduğu və eyni şəraitdə qablaşdırılaraq üzərində məhsul barədə zəruri məlumatlar olmadan satışa verildiyi aşkar edilib.

Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 2113-cü məhəllə, 507-ci keçid ünvanında fəaliyyət göstərən fiziki şəxs Kərəm Bayramova məxsus çörək istehsalı sexində dövlət nəzarəti aparılıb.

Dövlət nəzarəti zamanı müəssisənin antisanitar vəziyyətdə olduğu, sexdə havalandırma sisteminin olmadığı, çörək istehsalı prosesində mənşəyi məlum olmayan duzdan istifadə olunduğu, xammal anbarında sanitariya qaydalarına riayət olunmadığı və s. nöqsanlar aşkarlanıb. Bundan başqa, yoxlamaya məhsulun keyfiyyət göstəricilərini təstiq edən heç bir sənəd təqdim olunmayıb.

Aşkar olunmuş nöqsanlarla əlaqədar müəssisələrdə istehsal fəaliyyəti dayandırılıb.

Xəbər lenti

Xəbər lenti