Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir A.Axundov/
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi" qaydalarını təsdiq edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü komitənin yaydığı məlumatda deyilir.
"Bu qaydalar lotereya iştirakçılarının hüquqlarının qorunması, effektiv nəzarətin həyata keçirilməsi, habelə bu sahədə məlumatların açıqlanması mexanizmlərini müəyyən edir", - məlumatda bildirilir.
Yeni qaydalarda stimullaşdırıcı lotereyaların təşkilinə, o cümlədən lotereyaların şərtlərinə, biletlərinə, uduş fondunun oynanılmasına, habelə məlumat və hesabatlara dair tələblər müəyyən edilib.
"Bununla da davamlı nəzarətin həyata keçirilməsi prosedurları öz əksini tapıb", - məlumatda qeyd edilir.