...

Azərbaycanda fındıq emalı məhsullarının istehsalının artırılması mövzusunda tədbir keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2012 15:59 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin və Balakən rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şənbə günü "Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: rəqabətqabiliyyətli fındıq emalı məhsullarının istehsalının artırılması" mövzusunda tədbir keçirilib.
Azərbaycanda fındıq emalı məhsullarının istehsalının artırılması mövzusunda tədbir keçirilib

Azərbaycan, Bakı, 17 mart /Trend/

İqtisadi İnkişaf Nazirliyinin və Balakən rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şənbə günü "Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: rəqabətqabiliyyətli fındıq emalı məhsullarının istehsalının artırılması" mövzusunda tədbir keçirilib.

Tədbirdə müvafiq dövlət qurumlarının, Şəki-Zaqatala regionu üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və fındıq istehsalı ilə məşğul olan sahibkarlar iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov tədbirdə çıxışı zamanı fındıq istehsalının stimullaşdırılması, bu sahədə istehsal olunan məhsulların potensial bazarlara çıxarılmasında sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi, iş adamlarının təşəbbüslərinin dəstəklənməsi tədbirlərinin davam etdirildiyi vurğulayıb.

İqtisadi İnkişaf Nazirliyinin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov çıxış edərək istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanları, rəqabət qabiliyətliliyinin artırılması, məhsulların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması, o cümlədən istehsal olunan fındığın xarici bazarlara çıxarılmasında "GSP+" proqramının və bu sahədə sahibkarların maarifləndirilməsinin əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib.

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Azərbaycan Sahibkar Qadınlar Forumunun nümayəndələri ölkənin dinamik iqtisadi inkişafında sahibkarlığın rolundan bəhs edib, qeyri-neft məhsullarının xarici bazarlara çıxarılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat veriblər.

Xəbər lenti

Xəbər lenti