...

"NBC Bank" Novruz bayramı günlərində müştərilərə xidmətlər göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2012 18:57 (UTC +04:00)
Azərbaycan bankı "NBC Bank" ASC Novruz bayramı günlərində yalnız 23, 24 və 26 mart tarixlərində müştərilərə xidmətlər göstərəcək.
"NBC Bank" Novruz bayramı günlərində müştərilərə xidmətlər göstərəcək

Azərbaycan, Bakı, 19 mart /Trend/

Azərbaycan bankı "NBC Bank" ASC Novruz bayramı günlərində yalnız 23, 24 və 26 mart tarixlərində müştərilərə xidmətlər göstərəcək.

ASC-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, bank tərəfindən aşağıdakı xidmətlər göstəriləcək:

- Nissan, Ford, İnfiniti və Renault Avtosalonlarda kredit verilməsi,
- Filiallarda kredit ödənişlərinin qəbulu - saat 10:00-15:00,
- Kommunal və rabitə ödənişlərinin qəbulu,
- Təcili pul köçürmələri.

"NBC Bank" ASC 17 dekabr 1992-ci ildə "Ruzu" SKB adı altında fəaliyyətə başlayıb. 17 yanvar 2002-ci il tarixindən adında dəyişiklik edilərək "NBC Bank" ASC kimi bank sektorunda fəaliyyəti davam etdirilib. 2005-ci ilin mart ayından isə qanunvericiliyin tələbinə uyğun olaraq, təşkilati-hüquqi formasında dəyişiklik edilərək Açıq Səhmdar Cəmiyyətinə çevrilib.

NBC Bank-ın baş ofisindən əlavə xidmət şəbəkəsi Bakıda fəaliyyət göstərən 1 Saylı, Sahil, Səbail, Yasamal, Gənclik və regionlarda fəaliyyət göstərən Sumqayıt, Gəncə, Lənkəran və Şəki filialları olmaqla 10 filial, həmçinin 1 və 2 saylı şöbələr olmaqla 2 valyutadəyişmə şöbəsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti