...

"MuganBank"ın səhmləri Bakı Fond Birjasının qeyri-kotirovka vərəqəsinə daxil edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2012 20:06 (UTC +04:00)
Bakı Fond Birjasına (BFB) "Muğanbank" ASC-nin adi, adlı, sənədsiz səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət daxil olub.
"MuganBank"ın səhmləri Bakı Fond Birjasının qeyri-kotirovka vərəqəsinə daxil edilib

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir Ə.Həsənov/

Bakı Fond Birjasına (BFB) "Muğanbank" ASC-nin adi, adlı, sənədsiz səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət daxil olub. Bu barədə çərşənbə günü Trend-ə BFB-dən bildiriblər.

Martın 29-dan etibarən "MuğanBank"ın 6,056 milyon manat həcmində qeydiyyata alınan səhmlərinin yerləşdirilməsi başlayır.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 200 manat olan 30 279 səhm buraxılıb. Qiymətli kağızların yerləşdirilməsinin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə BFB-də açıq yazışma üsulu ilə keçiriləcək.

Səhmləri əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik təşkilatlara müraciət edə bilərlər.

Yeni emissiyanın yerləşdirilməsindən sonra bankın nizamnamə kapitalı indiki 22 milyon manatdan 28 milyon manata çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti