...

"Zəfəran" apteklərində təqaüdçülər üçün qan təzyiqi və görmə qabiliyyəti ödənişsiz yoxlanılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2012 13:35 (UTC +04:00)
7 aprel bütün dünyada Ümumdünya Sağlamlıq Günü qeyd edilir.
"Zəfəran" apteklərində təqaüdçülər üçün qan təzyiqi və görmə qabiliyyəti ödənişsiz yoxlanılacaq

7 aprel bütün dünyada Ümumdünya Sağlamlıq Günü qeyd edilir.

Hər ilin bu gün, Dünya Səhiyyə Təşkilatı (ÜST) mühüm, qlobal sağlamlıq mövzusunu seçir, bu və ya digər məsələyə diqqəti cəlb etmək üçün beynəlxalq tədbirlər təşkil edir.
Fəal və sağlam qocalma - 2012 Ümumdünya Sağlamlıq Gününün mövzusudur.

Bu məqsədlə aprelin 6 və 7-də Azərbaycanın ən böyük aptek şəbəkələrindən biri olan "Zəfəran"-da aksiya keçiriləcək.

Aksiyanın əsas məqsədi - yaşlı müştərilərin diqqətini ürək-damar xəstəliyi problemlərinə cəlb etmək və onları erkən müəyyən etmək üçün, sağlamlıq monitorinqinin əhəmiyyətini bildirməkdir.

Yaşlı nəslin nümayəndələri "Zəfəran" apteklərində tamamilə pulsuz qan təzyiqi və görmə qabiliyyətini ölçə bilərlər. Bunun üçün sadəcə əczaçıya müraciət etmək kifayətdir.

Qeyd edək ki, aksiyada alman istehsalı olan "Boso" şirkətinin tonometrləri istifadə olunacaq.

Bundan əlavə, "Zəfəran" - nın optika şöbələrində iki gün ərzində bütün növ eynək çərçivələrinə 40% endirim tətbiq olunacaq. Azadlıq pr, 149 (keçmiş "Mir" kinoteatrının yaxınlığında) yerləşən aptekdə isə, eyni zamanda görmə qabiliyyətinizi yoxlaya bilərsiniz və göz sağlamlığı ilə bağlı bütün məsələlər üzrə oftalmoloqdan pulsuz məsləhət ala bilərsiniz.

Ətraflı məlumatı istənilən şəhər və ya mobil rabitə operatorlarından * 8811 qaynar xəttinə zəng edərək əldə edə bilərsiniz.

Kampaniya haqqında şərh və ya əlavə məlumat "Zəfəran" -ın sosial şəbəkəsindəki rəsmi səhifəsində http://www.facebook.com/zeferanaptek və ya internet saytında www.zeferanaptek.az
edə bilərsiniz

Aksiya aşağıda qeyd olunan "Zəfəran" apteklərdə keçiriləcək:

Nizami küç, 66 (Metro "Sahil")
Telefon (+994 12) 493 11 12

FH Xoyski küç, 5 (Metro "Gənclik")
Telefon (+994 12) 564 58 00

H. Cavid pr, 7 (Metro "Elmlər Akademiyası")
Telefon (+99412) 510 38 33

R. Rüstəmov küç,25 (Metro "Neftçilər")
Telefon (+99455) 609 91 31

Heydər Əliyev küç, 4 \ 108 (Metro "Memar Əcəmi")
Telefon (+99412) 431 84 19

M. Həsənov küç, 1 (Metro "20 Yanvar")
Telefon (994 12) 431 87 00

M. Hadi küç, 23 (Metro "Əhmədli")
Telefon (+99412) 376 15 Aprel

M. Mehdizadə küç, 14 (Neftçilər xəstəxanasının yaxınlığında)
Telefon (994 12) 596-88-11

Azərbaycan pr, 23 (Şahmat məktəbi ilə üzbəüz)
Telefon (994 12) 596 45 19

Azadlıq pr, 105 ("Progress" marketinin yanında)
Telefon (+99412) 441 38 14

Azadlıq pr, 149 (keçmiş "Mir" kinoteatrının yaxınlığında)
Telefon (+99412) 440 49 79

Xəbər lenti

Xəbər lenti