...

Yevlaxda "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" mövzusunda treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2012 15:28 (UTC +04:00)
Yevlaxda sahibkarlar üçün "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" və Beynəlxalq Əmək Təşkilatının "Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir" proqramı çərçivəsində "Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninqlər keçirilib.
Yevlaxda "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" mövzusunda treninq keçirilib

Azərbaycan, Bakı, 6 aprel /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Yevlax nümayəndəliyinin təşkilatçılığı ilə Yevlaxda sahibkarlar üçün "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" və Beynəlxalq Əmək Təşkilatının "Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir" proqramı çərçivəsində "Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninqlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin Yevlax nümayəndəliyinin, İqtisadi İnkişaf Nazirliyinin Aran regional bölməsinin əməkdaşları, eləcə də Yevlax rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Tədbirdə sahibkarlara risklərin mahiyyəti, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik və s. barədə ətraflı məlumat verilib, "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" mövzusunda təqdimat keçirilib. Həmçinin, biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti