...

Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə 20 mindən çox müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2012 16:43 (UTC +04:00)
2012-ci ilin mart ayı ərzində Azərbaycan Vergilər Nazirliyinin "195" Telefon Məlumat Xidmətinə vergi ödəyiciləri tərəfindən 20 496 müraciət daxil olub.
Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə 20 mindən çox müraciət daxil olub

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir Ə. Həsənov/

2012-ci ilin mart ayı ərzində Azərbaycan Vergilər Nazirliyinin "195" Telefon Məlumat Xidmətinə vergi ödəyiciləri tərəfindən 20 496 müraciət daxil olub. Trend-in məlumatına görə, bu barədə şənbə günü nazirliyin yaydığı məlumatda deyilir.

"Müfəttiş-operatorlar tərəfindən canlı rejimdə 9490 müraciət cavablandırılıb. 2011-ci ilin mart ayı ilə müqayisədə canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılan müraciətlərin sayı 14,5 faiz artıb, avtomatik rejimdə elektron operator tərəfindən cavablandırılan müraciətlərin sayı isə əksinə, 15,1 faiz azalıb", - məlumatda qeyd olunur.

Hesabat dövründə vergi ödəyiciləri daha çox elektron xidmətlər (25,4 faiz), vergi növləri (17,5 faiz), qeydiyyat (17,1 faiz), hesabatlar və onların doldurulma qaydaları (13,4 faiz), büdcə və vergi orqanının rekvizitləri (10,3 faiz) ilə maraqlanıblar.

Avtomatik rejimdə cavablandırılmış suallar arasında isə vergi növləri və dövlət büdcəsinə olan vergi borcları barədə suallar üstünlük təşkil edib.

"Sualların 86,7 faizi Bakı şəhərindən, 9,3 faizi mobil operatorlardan, qalanları isə ölkənin müxtəlif bölgələrindən daxil olub", - məlumatda deyilir.

Hesabat dövründə əhalidən şikayət (ərizə) və məlumat xarakterli 34 müraciət qəbul edilərək baxılması üçün aidiyyəti üzrə göndərilib.

Xəbər lenti

Xəbər lenti