...

Azərbaycanın aviaşirkəti Lvova reysləri bərpa edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2012 14:57 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC Lvova (Ukrayna) uçuşları bərpa edir
Azərbaycanın aviaşirkəti Lvova reysləri bərpa edir

Azərbaycan, Bakı, 11 aprel/Trend, müxbir Ə. Həsənov/

"Azərbaycan Hava Yolları" QSC Lvova (Ukrayna) uçuşları bərpa edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.

AZAL Simferopol və Lvova hələ ötən il reyslər həyata keçirib.

"Lvova aviareyslərin bərpası Ukraynada "Avro-2012" futbol çempionatının keçirilməsi və ya digər amillərlə bağlı deyil" , - Mişenko qeyd edib.

Onun sözlərinə görə, AZAL "Avro-2012" ilə əlaqədar bu şəhərə reyslərin sayını artırmaqla onları az qala gündəlik etməyə hazırdır və hazırda ekspertlər mümkün sərnişin axınının təhlili ilə məşğul olurlar.

"Ukrayna aviaşirkətləri turistlərin Naftalan və Qəbələdə müalicə komplekslərinə göndərilməsi üçün Gəncəyə reyslərin sayının artırılması imkanlarını nəzərdən keçirir. Ukrayna aviaşirkətləri Azərbaycan bazarını çox ciddi öyrənir", - səfir deyib.

Onun sözlərinə görə, Azərbaycan Ukraynaya gedən turistlərin sayına görə Rusiyadan sonra ikinci yeri tutur.

Xəbər lenti

Xəbər lenti