Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir A.Tağıyeva/
Türkiyə Böyük Millət Məclisinin Ədliyyə komitəsi çərşənbə günü xarici vətəndaşlara Türkiyədə torpaq mülkiyyəti əldə etməyə imkan verən qanunu bəyənib. Bu barədə çərşənbə günü Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
Əgər bu qanun yekunda parlament tərəfindən qəbul edilsə, bütün xarici vətəndaşlar, o cümlədən Azərbaycan vətəndaşları Türkiyədə torpaq mülkiyyəti ala bilərlər.