...

Azərbaycanda "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində beynəlxalq tender başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2012 17:36 (UTC +04:00)
"Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Qusar, Xaçmaz və Xızı şəhərlərinin su təchizatı sistemlərinin bir hissəsinin yenidən qurulması üzrə keçirilmiş beynəlxalq müsabiqəli tender yekunlaşıb.
Azərbaycanda "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində beynəlxalq tender başa çatıb

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Qusar, Xaçmaz və Xızı şəhərlərinin su təchizatı sistemlərinin bir hissəsinin yenidən qurulması üzrə keçirilmiş beynəlxalq müsabiqəli tender yekunlaşıb və "Azərsutəchizattikinti" ASC qalib elan edilib. Bu barədə cümə axşamı Trend-ə "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bununla əlaqədar "Azərsu" ASC ilə "Azərsutəchizattikinti" ASC arasında podrat müqaviləsi imzalanıb və tikinti işlərinə hazırlıqlara başlanılıb. Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndə heyətinin aprelin 15-25-də ölkəmizə gözlənilən səfəri çərçivəsində bu layihələr üzrə təməlqoyma mərasiminin keçirilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində Qusar, Xaçmaz və Xızı şəhərlərinin su təchizatı və kanalizasiya sistemləri tamamilə yenidən qurulacaq. Tikinti-quraşdırma işlərinin 2013-cü ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" 10 şəhər və rayon mərkəzində (Salyan, Şirvan, Neftçala, Bərdə, Xaçmaz, Yevlax, Naftalan, Xızı, Qusar və Qobustan) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nə dair kredit sazişi 29 may 2009-cu il tarixdə imzalanıb və sazişə əsasən, Yaponiya tərəfi 10 şəhər və rayon mərkəzində görüləcək işlərə 38 milyard yapon yeni (təqribən 400 milyon ABŞ dolları) kredit ayıracaq.

Xəbər lenti

Xəbər lenti