...

Gürcüstan Azərbaycan ilə gömrük prosedurlarını sadələşdirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2012 10:23 (UTC +04:00)
Gürcüstan Azərbaycan ilə gömrük prosedurlarının sadələşdirilməsini nəzərdə tutan saziş imzalamağı planlaşdırır.
Gürcüstan Azərbaycan ilə gömrük prosedurlarını sadələşdirmək niyyətindədir

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir A.Axundov/

Gürcüstan Azərbaycan ilə gömrük prosedurlarının sadələşdirilməsini nəzərdə tutan saziş imzalamağı planlaşdırır. Bu barədə cümə axşamı Bakıda Trend-ə Gürcüstan Gömrük Xidmətinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Samson Uridia məlumat verib.

"Sazişin mahiyyəti ondan ibarətdir ki, biz bir ölkədən digərinə gediş zamanı tətbiq olunan gömrük prosedurlarının oxşarlığını aşkara çıxarmaq və onların sayının azaldılmasına kömək etmək istəyirik. Məsələn, əgər bizdən gedən zaman əvvəlcə mal rəsmən bildirilir, sonra yoxlama aparılırsa, Azərbaycana gələrkən də eynilə bu cür edilirsə, onda bu zəncirdə hansısa prosesi ləğv etmək olar. Məsələn, tərəflər gedərkən rəsmən bəyan etmə, gələrkən isə yalnız yoxlama aparmaq üzrə (və ya əksinə) razılığa gələ bilərlər", - Uridia bildirib.

Onun sözlərinə görə, bu, sahibkarlar üçün böyük rahatlıq olar.

"Biz saziş çərçivəsində rəsmən bəyan edilmiş məlumatları elektron formada Azərbaycan gömrüyünə göndərə bilərik. Həmin məlumatlar Gürcüstandakı kimi hüquqi status alır, yoxlama isə artıq Azərbaycanda həyata keçirilir", - Uridia deyib.

Departament rəhbərinin sözlərinə görə, bu, tamamilə real sxemdir.

"Biz artıq Türkiyə ilə pilot layihəyə başlamışıq. Odur ki, bu, artıq yaxın vaxtlarda Türkiyə və Gürcüstan üçün icbari olacaq nəzəriyyədən praktikaya keçib", - Uridia qeyd edib.

Onun sözlərinə görə, Gürcüstan tərəfi saziş layihəsini Azərbaycana təqdim edib.

Xəbər lenti

Xəbər lenti