...

“Azərlotereya” ASC-nin auditi yekunlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2012 13:30 (UTC +04:00)
“M&J Accuracy Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin 2011-ci ilin maliyyə-təsərrüfat fəaliyyəti üzrə auditi keçirilib.
“Azərlotereya” ASC-nin auditi yekunlaşıb

Azərbaycan, Bakı, 14 aprel / Trend müxbir İ.İsabalayeva/

"M&J Accuracy Consulting" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "Azərlotereya" Açıq Səhmdar Cəmiyyətinin 2011-ci ilin maliyyə-təsərrüfat fəaliyyəti üzrə auditi keçirilib. "Azərlotereya"dan şənbə günü Trend-ə verilən məlumata görə, audit nəticəsində Səhmdar Cəmiyyətində mühasibat uçotunun qanunvericiliyə uyğun aparıldığı, mühasibat uçotunun və illik balansın qanuni göstərişlərə, eləcə də nizamnaməyə uyğun olduğu müəyyən edilib.

Audit rəyinə əsasən, "Azərlotereya" ASC-də 2011-ci il üzrə əldə edilmiş gəlirlərin məbləği 19,1 mln. manat, sair əməliyyat gəlirləri 0,8 mln. manat, ümumi xərclərin həcmi 18,2 mln. manat, mənfəəti 1,7 mln. manat olub.

Ötən il "Azərlotereya" ASC tərəfindən dövlət büdcəsinə 1,2 mln. manat dividend, vergilər üzrə isə 795 min manat vəsait ödənilib.

Xəbər lenti

Xəbər lenti