...

Azərbaycan Rusiyanı fitonəzarət üzrə tədbirlərin razılaşdırılmasına dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2012 16:20 (UTC +04:00)
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti əl yükündə və sərnişinlərin yükündə bitkiçilik məhsullarının Rusiyaya ixracı ilə bağlı tədbirlərin müzakirəsi üçün Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətini görüş keçirməyə təklif edir. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibi Bəhmən Hüseynov bildirib
Azərbaycan Rusiyanı fitonəzarət üzrə tədbirlərin razılaşdırılmasına dəvət edir

Azərbaycan, Bakı, 16 aprel/Trend, müxbir Ə. Həsənov/

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti əl yükündə və sərnişinlərin yükündə bitkiçilik məhsullarının Rusiyaya ixracı ilə bağlı tədbirlərin müzakirəsi üçün Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətini görüş keçirməyə təklif edir. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibi Bəhmən Hüseynov bildirib.

"Biz şəxsi məqsədlər üçün kənd təsərrüfatı məhsullarının daşınması məsələlərinin dəqiqləşdirilməsi və keyfiyyətsiz bitkiçilik məhsullarının daşınması faktlarının aradan qaldırılması məqsədilə tədbirlərinn həyata keçirilməsi üçün Bakı və ya Moskvada görüşün təşkil edilməsi barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinə rəsmən müraciət edib" , - Hüseynov deyib.

Federal Xidməti cari ilin aprelin 16-dan etibarən Azərbaycan, Tacikistan və Özbəkistandan Rusiyaya gələn sərnişinlərin yükündə və əl yükündə bitkiçilik məhsullarının ixracına müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsini elan edib.

Federal Xidmətin məlumatına əsasən, bu tədbirlər adıçəkilən ölkələrdən Rusiya üçün karantin obyektlərinə gələn sərnişinlərin yükündə və əl yükündə müxtəlif zərərvericilərin açkarlanması halları ilə əlaqədar tətbiq edilir.

"Məlumatımıza əsasən, keyfiyyətsiz paxla məhsullarının (noxud) ixracı ilə bağlı 9 fakt Rusiyanın üç bölgəsinə - Tümen, Rostov və Xantı-Mansiysk muxtar dairəsinə gedən bəzi şəxslərin əl yükündə az miqdarda aşkarlanıb. Bunlar şəxsi istifadə üçün nəzərdə tutulan kiçik həcmlər olub", - Hüseynov qeyd edib.-

Keyfiyyətsiz malın minimum çəkisi 560 qram, maksimum çəkisi isə 4,7 kiloqram təşkil edib.

"2011-ci ildən bu günə qədər Azərbaycandan karantin altındakı bitkiçilk məhsullarının tədarükü zamanı Rusiya üçün karantin obyektlərinin aşkarlanması ilə bağlı 9, Özbəskistandan 130, Tacikistandan isə 228 hadisə qeydə alınıb. Keyfiyyətsiz məhsul nümunələri həm məhsulların mal partiyasında, həm də sərnişinlərin əl yükündə aşkarlanıb" , - Federal Xidmət bildirib.

"Biz, həmçinin ölkədən ixrac edilən ərzaq məhsulları, o cümlədən əl yükü üzərində nəzarətin gücləndirilməsi üzrə Azərbaycan Dövlət Gömrük Komitəsinə rəsmən müraciət etmişik, - Hüseynov deyib. Bu məhsuların müvafiq sertifikatları olmalıdır.

Onun sözlərinə görə, bitkiçilik məhsullarının ixracına nəzarətin gücləndirilməsi təkcə əl yükündə Rusiyaya daşınan mallara qarşı deyil, həm də digər ölkələrə şamil edilməlidir.

"Gömrük orqanları ərzaq məhsullarını, hətta bu bir alma olsa belə müsadirə etməli, yaxud karantin zərərvericilərin mövcudluğu üzrə yoxlamaların aparılması üçün Fitosanitar Xidmətə göndərməlidir. Keyfiyyətin təsdiqi üçün yoxlamaların aparılmasından sonra sertifikat veriləcək" , - Hüseynov vurğulayıb.

Federal Xidmətin məlumatına görə, Azərbaycan, Tacikistan və Özbəkistandan Rusiyaya əsasən çəyirdəkli bitkilər (ərik, gavalı, gilas, albalı), alma və digər meyvələr, o cümlədən quru meyvələr, fındıq, habelə tərəvəzlər daşınır. Bu ölkələrdən karantin altındakı məhsul partiyasının ixracı beynəlxalq və Rusiyanın fitosanitar tələblərinə müvafiq olması şərtləri ilə fitosanitar sertifikatların müşayəti ilə həyata keçirilməlidir.

Xəbər lenti

Xəbər lenti