...

UNIDO sənaye şəhərciklərinin yaradılması zamanı ekosabitliyin təmin edilməsində Azərbaycana kömək etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2012 14:02 (UTC +04:00)
BMT-nin Sənaye İnkişaf Təşkilatı (UNIDO - United Nations Industrial Development Organization) ekoloji sabitliyin təmin edilməsində Azərbaycana yardım etməyə hazırdır.
UNIDO sənaye şəhərciklərinin yaradılması zamanı ekosabitliyin təmin edilməsində Azərbaycana kömək etməyə hazırdır

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir Ə.Həsənov/

BMT-nin Sənaye İnkişaf Təşkilatı (UNIDO - United Nations Industrial Development Organization) ekoloji sabitliyin təmin edilməsində Azərbaycana yardım etməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda keçirilən sənaye parkları üzrə regional konfransda UNIDO-nun Avropa və MDB ölkələrində regional rəhbəri Olqa Mimidoviç bildirib.

Onun sözlərinə görə, sənaye şəhərciklərinin yaradılması ətraf mühitə hökmən təsir edir və UNIDO bu sahədə vəziyyətin yaxşılaşdırılmasında əlindən gələn köməyi etməyə hazırdır.

Məşğulluğun yüksəldilməsi və qeyri-neft sektorunun inkişafı məqsədilə artıq Sumqayıt texnoparkı (STP) və Balaxanı sənaye parkı yaradılıb.

Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun sözlərinə görə, bu gün STP-nin ərazisində artıq 17 zavod - plastik boruların istehsalı müəssisəsi, yüksəkvoltlu avadanlıqlar müəssisəsi, kabel zavodu, qaynar sinkləmə zavodu, ağır maşınqayırma zavodu və s. işləyir. Balaxanı sənaye parkının ərazisində bərk məişət tullantıların yandırılması zavodunun tikintisi aparılır.

"Biz sənaye parklarının fəaliyyətinin səmərəli təşkili üçün xarici təcrübənin öyrənilməsində maraqlıyıq", - nazir müavini qeyd edib.

Xəbər lenti

Xəbər lenti