...

Dubayın investisiya bankı Azərbaycan ilə əməkdaşlıq imkanlarını öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2012 20:14 (UTC +04:00)
Dubayın "Quantum Investment Bank" investisiya bankı Azərbaycanda işləməkdə maraqlıdır.

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir A.Axundov/

Dubayın "Quantum Investment Bank" investisiya bankı Azərbaycanda işləməkdə maraqlıdır.

"İmkanların öyrənilməsi və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə bankın nümayəndə heyəti ayın sonunda Azərbaycana səfər edəcək", - bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər.

"Quantum Investment Bank"ın nümayəndələri yerli şirkət və banklarla görüşlər keçirəcək.

"Hazırda onların siyahısı və səfərin tarixi dəqiqləşdirilir", - fonddan deyiblər.

"Quantum Investment Bank" şəriət prinsipi ilə işləyən investisiya bankıdır. Bankın mənzil-qərargahı BƏƏ-nin Dubay şəhərində yerləşir.

Xəbər lenti

Xəbər lenti