...

Azərbaycanda vergi yükünün azaldılması lazımdır - millət vəkili (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2012 13:37 (UTC +04:00)
Azərbaycan vergi yükünün azaldılması sahəsində iş aparmalıdır.
Azərbaycanda vergi yükünün azaldılması lazımdır - millət vəkili (FOTO)

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan vergi yükünün azaldılması sahəsində iş aparmalıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) təşkil etdiyi "Azərbaycanda vergi: yeni vergi mədəniyyəti naminə" adlı ikinci vergi konfransında çıxışı zamanı bildirib.

"Vergi sisteminin gələcək inkişafı üçün vergi yükünün azaldılması, Vergi Məcəlləsinin təkmilləşdirilməsi, vergiödəyicilər üçün prosedurun sadələşdirilməsi və digər tədbirlər lazımdır. Hazırda Vergi Məcəlləsinə dəyişikliklər hazırlanır. Bunu ölkənin iqtisadi inkişafı tələb edir", - Səmədzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan dünyada vergi sisteminin təkmilləşdirilməsi sahəsində uğurları ilə tanınır.

"Məhz vergi sistemində uğurlar ölkənin maliyyə bazasının möhkəmlənməsində və sabitləşməsində böyük rol oynayır", - o qeyd edib.

Vergilər Nazirliyi yanında Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil Baş İdarəsinin rəisi Zaur Fətizadənin sözlərinə görə, Azərbaycanda qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi vergi mədəniyyətinin və vergilərin könüllü ödənişi səviyyəsinin yüksəldilməsinə xidmət edir.

"Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business-2012" adlı son hesabatında Azərbaycan 69-cu yerdən 66-cı yerə, vergilərin ödənişi səviyyəsi üzrə isə 105-ci yerdən 81-ci yerə yüksəlib. Bunun səbəbləri arasında vergi ödənişlərinin sadələşdirilməsi, vergiödəyicilərin xərclərinin azaldılması və s. göstərilirdi", - Fətizadə deyib.

Xəbər lenti

Xəbər lenti