...

Azərbaycan FAO ilə əməkdaşlığı genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2012 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) cümə günü əməkdaşlıq haqqında saziş imzayıblar.

Sənədi Azərbaycan tərəfdən nazir İsmət Abasov, FAO tərəfdən isə təşkilatın baş direktoru Joze Qrasianu da Silva imzalayıb.
Saziş çərçivəsində Azərbaycan ərzaq təhlükəsizliyinin təminatı məsələlərinin maliyyələşdirilməsi prosesində iştirak edəcək.

Da Silvanın mətbuat konfransında dediyinə görə, təşkilat Azərbaycanda regional ofisin açılmasını planlaşdırır və artıq bu istiqamətdə işlərə başlayıb.

"FAO Azərbaycanla balıqçılıq, xəstəliklərlə mübarizə, kənd təsərrüfatı üzrə qanunvericiliyin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq etmək niyyətindədir", - da Silva deyib.

Bakıda FAO-nun Avropa üzrə 28-ci regional konfransı və Kənd təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyası keçirilir.
FAO-ya 191 üzv dövlət, iki assosiativ üzv və bir təşkilat - Aİ daxildir.

Xəbər lenti

Xəbər lenti