...

Tələbə və həkimlər Masazır Duz Zavodunda istehsal şəraiti ilə tanış olublar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2012 17:19 (UTC +04:00)
Tələbə və həkim endokrinoloqlar "Azərduz" markasının istehsal olunduğu Masazır Duz Zavodunda istehsal şəraiti ilə tanış olublar.
Tələbə və həkimlər Masazır Duz Zavodunda istehsal şəraiti ilə tanış olublar (FOTO)

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Tələbə və həkim endokrinoloqlar "Azərduz" markasının istehsal olunduğu Masazır Duz Zavodunda istehsal şəraiti ilə tanış olublar.

Trend-in məlumatına görə, zavodun istehsal şəraiti ilə tanış olan heyətə bildirilib ki, zavod ən müasir texnologiya ilə inşa olunub və istehsal potensialı artırılıb.

"Azərduz" yüksək keyfiyyəti ilə keçmişdə qalan gilli, ovulmuş və xırda daş parçalarını xatırladan duz deyil, yodlaşdırılmış və 99,9% saf olan ekstra duzdan ibarətdir.

İstifadəyə verilən müəssisə Azərbaycanda ilk dəfə sənaye üsulu ilə emal edilib, təmizlənmiş və yodlaşdırılmış duz istehsal edir. Masazır Duz Zavodu Qafqazın ən müasir duz zavodudur.

Uzun illərdən bəri süfrələrimizdə bizə qənim kəsilən keyfiyyətsiz, yodlaşdırılmamış duzların istifadəsi müxtəlif xəstəliklərin yayılmasına səbəb olub. Yod çatışmazlığı probleminin birdəfəlik aradan qaldırılması məqsədilə Masazır Duz Zavodunun istifadəyə verilməsi bu sahədə atılan ciddi, uğurlu addım olub. Artıq bütün satış nöqtələrində istehlakçılara təklif edilən yüksəkkeyfiyyətli "Azərduz" markası bazarda satılan digər markalardan həm keyfiyyətinə həm də saflığına görə dəfələrlə yüksək göstəricilərə malikdir.

Xəbər lenti

Xəbər lenti