...

Azərbaycan Dövlət Statistika Komitəsi fəaliyyətini avtomatlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2012 13:26 (UTC +04:00)
Azərbaycan Dövlət Statistika Komitəsi hesabatların elektron qəbulu sisteminə keçir.
Azərbaycan Dövlət Statistika Komitəsi fəaliyyətini avtomatlaşdırır

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Statistika Komitəsi hesabatların elektron qəbulu sisteminə keçir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə komitənin sədri Arif Vəliyev bildirib.

"Komitə bu ilin sonunadək iri və orta sahibkarlardan elektron hesabatların qəbuluna tam keçidi bərpa edəcək, gələn il isə bu proses bütün yerdə qalan müəssəsilər üzrə həyata keçiriləcək", - Vəliyev deyib.

Onun sözlərinə görə, komitə hazırda bütün hesabatları elektron formada qəbul edir.

"Komitənin saytının imkanları da genişləndirilib, belə ki, sayt istifadəçilər üçün daha rahat olub" , - Vəliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti