...

Azərbaycan nümayəndə heyəti BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının 13-cü Sessiyasında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2012 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /Trend/

İqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin Doha şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) 13-cü sessiyasında iştirak edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, "İnkişafa yönəlmiş qloballaşma: hərtərəfli və davamlı inkişafa doğru" devizi altında təşkil edilmiş sessiyada və tədbir çərçivəsində keçirilən müxtəlif forumlarda ümumilikdə 190-dan çox ölkənin təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə yeni iqtisadi meyillər, qlobal maliyyə böhranının nəticələrinin aradan qaldırılması, inkişaf etməkdə olan ölkələrin hərtərəfli və davamlı inkişafının təmin edilməsi məsələlərinə dair müzakirələr aparılıb.

Qətərə səfəri çərçivəsində Mustafayevi Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Tani qəbul edib. Görüşdə ölkələrimiz arasında əməkdaşlıq, qarşılıqlı ticarət və investisiya imkanları müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti