...

"Azərbaycan Dəmir Yolları" əməkdaşlarının sosial şəraitini yaxşılaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2012 13:43 (UTC +04:00)
May ayından etibarən "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşlarının əməkhaqqı 20 faiz artırılacaq.
"Azərbaycan Dəmir Yolları" əməkdaşlarının sosial şəraitini yaxşılaşdırır

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.İsmayılov/

May ayından etibarən "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşlarının əməkhaqqı 20 faiz artırılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin XXII hesabat-seçki konfransı çərçivəsində QSC-nin rəhbəri Arif Əsgərov bildirib.

"Hazırda dəmiryol təsərrüfatının işçilərinin orta əməkhaqqı 220 manat təşkil edir", - Əsgərov deyib.

Onun sözlərinə görə, həmçinin QSC-nin imkanlarından asılı olaraq, işçilərin məişət şəraitinin yaxşılaşdırılması üzrə işlər aparılır. Son illərdə dəmiryolçulara təqribən 160 mənzil verilib.

Əsgərov qeyd edib ki, hazırda dəmiryolçular üçün evlərin tikintisi məqsədilə ayrılan ərazilərə görə müraciət məsələsi nəzərdən keçirilmir. Məişət şəraitinin yaxşılaşxdırılması üzrə işlər Bakı və Gəncə şəhərlərində tikinti şirkətləri ilə əldə edilən razılıqlar əsasında aparılır.

Xəbər lenti

Xəbər lenti