...

Pirat audiovizual məhsulların satıcısına maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2012 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend/

Bakıda pirat audiovizual məhsulların satışı ilə məşğul olan şəxsə maliyyə sanksiyası tətbiq edilib. Bu barədə çərşənbə axşamı Trend-ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsi, 8 ünvanında Vladimir Mixaylova məxsus mağazada müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş pirat audiovizual məhsulların satılması səbəbindən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı", - məlumatda deyilir.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə Vladimir Mixaylova 4 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti