Azərbaycan, Bakı, 8 may /Trend/
Bakı şəhər sakini Kamran Kazımov Bolkart müştəriləri üçün keçirilmiş sayca ikinci lotereya çərçivəsində əsas mükafat olan 1000 manatlıq uduşun qalibi olub. Pul uduşu qalibə Bank of Baku-da rəsmən təqdim edilib.
Bankdan Trend-ə verilən məlumata görə, pul mükafatının təqdim edilməsi mərasimində çıxış edən Kamran Kazımov təxminən bir ay öncə Bolkart əldə etdiyini və ilk alış-veriş zamanı evi üçün yeni bir soyuducu aldığını deyib.
"İndi bu malın dəyərini aylar ərzində bərabər hissələrə bölüb tədricən ödəyirəm. Kredit kartı kimi Bolkart çox rahat və sərfəlidir. Malın dəyərini birbaşa və birdəfəlik ödəyə bilməyən hər bir kəsə onu məsləhət bilirəm. - Etiraf etdiyinə görə, pul mükafatı udması onun üçün çox gözlənilməz oldu. - Lotereya uduşuna canlı televiziya yayımında baxırdım. Həmin vaxt evdən təcili çıxası oldum və kart nömrəmi dərhal tutuşdura bilmədim. Lakin qısa müddətdən sonra mənə zəng gəldi və mənin 1000 manatıq uduşun qalibi olduğumu elan etdilər".
Bank of Baku-nun təşəbbüsü ilə baş tutan lotereyada digər 5 iştirakçı 500 manat, 15 iştirakçı isə 100 manat qazanıb. Bu qaliblərə uduşları təqdim edilməkdədir. Lotereyaya qatılan hər bir şəxsin kodu isə elektron bazadan xüsusi proqram vasitəsilə təsadüfi seçim əsnasında müəyyən edilib.
Bolkart barədə daha ətraflı məlumat almaq üçün Bank of Baku-nun 145 nömrəli Məlumat Mərkəzinə zəng etmək mümkündür. İstehlakçılar habelə onlayn rejimdə www.bolkart.az və ya sosial şəbəkə səhifəsi - www.facebook.com/Bolkart vasitəsilə istənilən məlumat əldə edə bilərlər.