...

Azərbaycanda sənaye qiymətləri indeksi 3,6 faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2012 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanda 2012-ci ilin aprel ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 3,6 faiz, 2011-ci ilin analoji dövrü ilə müqayisədə isə 15,2 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, 2012-ci ilin aprel ayında hasilat sənayesi üzrə istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 5,5 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri, həmçinin neft və qaz hasilatı üzrə 5,5 faiz, daş, qum, çınqıl, duz və digər mədən sənayesi məhsullarının hasilatı üzrə isə 1,1 faiz ucuzlaşıb.

Aprel ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi mart ayı ilə müqayisədə 1,1 faiz, il ərzində isə 4,4 faiz artıb. Kimya sənayesi üzrə qiymətlər mart ayına nisbətən 4,7 faiz (il ərzində 7 faiz), tikinti materialları istehsalı üzrə 0,3 faiz (5,1 faiz) bahalaşıb.

Bu bölmədə istehsalçı qiymətləri rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,1 faiz (il ərzində artım 5,1 faiz), metallurgiya sənayesi üzrə 1,4 faiz (il ərzində 10,3 faiz), dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,8 faiz (0,6 faiz artım), qida sənayesi üzrə 2,1 faiz (4,1 faiz azalma), elektrik avadanlıqlarının istehsalı üzrə 1,1 faiz (1 faiz azalma) ucuzlaşıb.

Xəbər lenti

Xəbər lenti